EN

Sahibə Qafarova Numan Kurtulmuşla görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasında rəsmi səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.

Bu barədə Teleqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, əvvəlcə parlament rəhbərləri arasında təkbətək görüş keçirilib. Görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Numan Kurtulmuş yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib.

O, iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Rəsmi səfərə dəvətinə və göstərilən qonaqpərvərliyə görə TBMM sədrinə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova yenidən qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edib.

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini xatırladan spiker Sahibə Qafarova deyib ki, bu seçkilərin ən böyük xüsusiyyəti o idi ki, ilk dəfə olaraq parlament seçkiləri Azərbaycanın bütün suveren ərazilərində keçirildi.

Yenidən Milli Məclisin sədri seçildikdən sonra, onu ilk olaraq TBMM sədri Numan Kurtulmuşun təbrik etdiyini deyən spiker Sahibə Qafarova mövcud ənənəyə uyğun olaraq, ilk rəsmi səfərini də qardaş Türkiyəyə etməkdən məmnunluğunu bildirib.

Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin, ortaq tarixə, dilə, dinə, milli-mənəvi dəyərlərə malik olan xalqlarımızın birliyinin və həmrəyliyinin bizim üçün ən böyük dəyər olduğunu söyləyən Milli Məclisin sədri, vurğulayıbki, Ümummilli Lider Heydər Əliyevin əbədi olan “Bir millət, iki dövlət” kəlamı özünü ən parlaq şəkildə təsdiq edir. Qeyd olunub ki, Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur.

Görüşdə vurğulanıb ki, qardaş ölkələrimiz arasında münasibətlərin ən böyük xüsusiyyəti ondan ibarətdir ki, ölkələrimiz və xalqlarımız həm sevincli, həm də kədərli günlərdə bir yerdədirlər. Şuşa Bəyannaməsi isə bu müttəfiqliyin rəsmi ifadəsi və möhürüdür.

Söhbət zamanı əlaqələrin bu səviyyəyə gəlib çatmasında dövlət başçılarımızın müstəsna rolu qeyd edilərək, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətinin münasibətlərin hazırki yüksək səviyyədə olmasını təmin etdiyi bildirilib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr də yüksək qiymətləndirilib. Vurğulanıb ki, qanunverici orqanlarımız arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimizin həm ikitərəfli, həm də üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədənbeynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.

Söhbət zamanı parlamentlərimizin, dostluq qruplarının, həmçinin parlament komitələrinin əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin plenar iclas zalında salamlanması mərasimi olub.
Daha sonra Azərbaycan parlament nümayəndə heyəti 15 iyul 2016-cı ildə baş vermiş dövlət çevrilişi cəhdi zamanı TBMM-in zədələnmiş ərazilərini ziyarət edib.


Müəllif: Teleqraf.com
Chosen
3
13
teleqraf.com

10Sources