EN

Ermənistan parlamenti 44 günlük müharibəyə dair araşdırmaların nəticələrini gizlətdi...

Image

Ermənistan Milli Assambleyasının 44 günlük müharibənin nəticələrini araşdırmaq üzrə istintaq komissiyasının hesabatı oradakı məxfi məlumatlar nəzərə alınmaqla qapalı iclasda təqdim olunacaq. Bunu parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Andranik Köçəryan deyib.

Lakin o, bu hesabatın nə vaxt təqdim ediləcəyini dəqiqləşdirməyib. Köçəryanın qeyd etdiyi kimi, hesabatın təqdimatından sonra cinayət işləri başlanacaq.

Məsələ aydındır ki, müharibəni uduzan tərəf məğlubiyyətin səbəblərini araşdırmalı və nəticə çıxarmalıdır. Amma hər şey Ermənistanda ideal olsa da, onlar Azərbaycan Ordusunun qarşısında dayana bilməzdilər. Məğlubiyyətin əsas səbəbinin birinci Qarabağ müharibəsindəki kimi Rusiyanın Ermənistanın əvəzinə döyüşməməsi olduğunu hamı bilir. Elə isə bu istintaq, cinayət işinin açılması nə üçündür? Digər tərəfdən, hesabatın təqdimatında hansı məxfi məlumatlar ola bilər ki, onu qapalı iclasda təqdim edirlər?

Tural İsmayılov: "Paşinyan 2026-ci il seçkilərinə qədər ölkədə vəziyyəti tam nəzarətə göturməyə çalışır"

Baki-xeber.com-a açıqlamasında Tural İsmayılov bildirdi ki, əlbəttə, Ermənistanda seçkilər yaxınlaşdıqca hazırda hakimiyyət kürsüsünu ələ alan Nikol Paşinyan komandasının müxtəlif bəhanələrlə Ermənistanda vəziyyəti qarışdırmağa çalışdığını müşahidə edirik: "Bunun üçün bütün vasitələrdən istifadə edərək, Nikol Paşinyan ölkə içərisində yeni, idarə edilən və saxta gərginlik ocaqları yaratmağa çalışır. Ən əsası isə, məqsəd hakimiyyətə müxalif olan qüvvələrin müxtəlif üsullarla susdurulmasıdır.

Paşinyan 2026-ci il seçkilərinə qədər ölkədə vəziyyəti tam nəzarətə göturməyə çalışır. Ona görə də baş nazir və komandası bir sıra cinayət işləri uyduracaq. 44 günluk müharibədən dörd ildən çox vaxt keçir, hələ o barədə araşdırmanın hesabatı indi də tam hazır deyil.

Onun parlamentə təqdim ediməsi vaxtı hələ bəlli deyil. Paşinyan da yaxşı bilir ki, nəyə görə Ermənistan məğlub oldu. Ermənistanın birinci səhvi Azərbaycan torpaqlarını işğal etməsi idi. İkinci səhvi isə torpaqların sulh yolu ilə azad edilməsinə razılaşmaması oldu. İndi isə Pasinyan ölkə daxilində "günahkar keci" axtarır. Bu məsələdə Ermənistan hökuməti istənilən adamı şərləyib, ona "cinayətkar" damğası vura bilər. Pasinyan isə bu damğanı, sözsüz ki, öz rəqiblərinin alnına vuracaq. Bununla da o, 2026-cı ildə arxayın şəkildə seçkilərə gedəcək.

Hazırda isə Pasinyan Azərbaycanla sülh müqaviləsi üzərində manipulyasiya edir. Bir tərəfdən sülh istəyini bütun dunyaya bəyan edir, digər tərəfdən sülhün təməl prinsiplərini qəbul etmir.

O ki qaldi hesabatın qapalı iclasda dinlənilməsinə, görünür, 44 günluk müharibə zamanı elə biabırçı hadisələr baş verib ki, Nikol Paşinyan onun müxalif rəqibləri arasında tirajlanmasını istəmir. Ona görə də bu hesabatı qapalı iclasda, məxfi şəkildə müzakirə etdirməyə çalışır. Məsələn, Paşinyanın hazırda də xidmətdə olan yüksək rütbəli zabitləri var ki, 44 günlük müharibədə fərarilik edib. Amma iqtidarı dəstəklədiyinə görə xidmətdən kənarlaşdırılmayıb. Blə məsələlər ortaya çıxanda cəmiyyətdə iqtidara qarşı sual yaranır: fərariləri orduda nə səbəbə saxlayırsınız?".

Dəniz NƏSİRLİ





Chosen
9
baki-xeber.com

1Sources