Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasındarəsmi səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədriNuman Kurtulmuşla görüşüb.
Milli məclisdən Trend-ə bildirilib ki, əvvəlcə parlament rəhbərləriarasında təkbətək görüş keçirilib. Görüşdə qardaş ölkələrimiz vəparlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikirmübadiləsi aparılıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayanNuman Kurtulmuş yenidən Milli Məclisin sədri seçilməsi münasibətiləSahibə Qafarovanı təbrik edib.
O, iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədəolduğunu vurğulayaraq, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yenimərhələyə qədəm qoyduğunu vurğulayıb.
Rəsmi səfərə dəvətinə və göstərilən qonaqpərvərliyə görə TBMMsədrinə minnətdarlığını bildirən Milli Məclisin sədri SahibəQafarova yenidən qardaş ölkədə olmaqdan məmnunluğunu ifadəedib.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlamentseçkilərinin keçirildiyini xatırladan spiker Sahibə Qafarova deyibki, bu seçkilərin ən böyük xüsusiyyəti o idi ki, ilk dəfə olaraqparlament seçkiləri Azərbaycanın bütün suveren ərazilərindəkeçirildi.
Yenidən Milli Məclisin sədri seçildikdən sonra, onu ilk olaraqTBMM sədri Numan Kurtulmuşun təbrik etdiyini deyən spiker SahibəQafarova mövcud ənənəyə uyğun olaraq, ilk rəsmi səfərini də qardaşTürkiyəyə etməkdən məmnunluğunu bildirib.
Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıqmünasibətlərinin, ortaq tarixə, dilə, dinə, milli-mənəvi dəyərlərəmalik olan xalqlarımızın birliyinin və həmrəyliyinin bizim üçün ənböyük dəyər olduğunu söyləyən Milli Məclisin sədri, vurğulayıb ki,Ümummilli Lider Heydər Əliyevin əbədi olan “Bir millət, iki dövlət”kəlamı özünü ən parlaq şəkildə təsdiq edir. Qeyd olunub ki,Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan vəTürkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur.
Görüşdə vurğulanıb ki, qardaş ölkələrimiz arasındamünasibətlərin ən böyük xüsusiyyəti ondan ibarətdir ki, ölkələrimizvə xalqlarımız həm sevincli, həm də kədərli günlərdə biryerdədirlər. Şuşa Bəyannaməsi isə bu müttəfiqliyin rəsmi ifadəsi vəmöhürüdür.
Söhbət zamanı əlaqələrin bu səviyyəyə gəlib çatmasında dövlətbaşçılarımızın müstəsna rolu qeyd edilərək, onların şəxsidostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətininmünasibətlərin hazırkı yüksək səviyyədə olmasını təmin etdiyibildirilib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha dagenişləndirilməsinə parlamentlərin verdiyi töhfələr də yüksəkqiymətləndirilib. Vurğulanıb ki, qanunverici orqanlarımız arasındaəməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına,ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir vəölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur.Parlamentlərimizin həm ikitərəfli, həm də üçtərəfli formatlardaəməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarındabirgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.
Söhbət zamanı parlamentlərimizin, dostluq qruplarının, həmçininparlament komitələrinin əməkdaşlığının daha da genişləndirilməsiilə bağlı məsələlər də nəzərdən keçirilib.
Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarovanın TürkiyəBöyük Millət Məclisinin plenar iclas zalında salamlanması mərasimiolub.
Daha sonra Azərbaycan parlament nümayəndə heyəti 15 iyul 2016-cıildə baş vermiş dövlət çevrilişi cəhdi zamanı TBMM-in zədələnmişərazilərini ziyarət edib.