“Azərişıq” ASC məhkəməyə verilib.
Apress.az xəbər verir ki, İmişli Rayon İstehsal-İstehlak Kooperativi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək quruma qarşı iddia qaldırıb. İşin mahiyyəti açıqlanmayıb.
İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının nə vaxt baş tutacağı məlum deyil.