EN

Əliyevdən Ermənistana və havadarlarına SƏRT MESAJ – ŞƏRH + FOTO

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Fransanın Ermənistanı silahlandırmasına diqqət çəkib. Bildirib ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və ölkəmiz üçün praktiki təhlükə yaradır.

Dövlət başçısı deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, Azərbaycan bu prosesi yalnız kənardan müşahidə edə bilməz.

Əliyevdən Ermənistana və havadarlarına <span style=color:red>SƏRT MESAJ - ŞƏRH + FOTO

Azərbaycan Prezidentinin sözlərinə görə, rəsmi Bakı dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırıb ki, buna son qoyulmalıdır. Lakin çox təəssüf ki, Azərbaycan tərəfinin səsi eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir.

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, son dövrlər Ermənistan dövlət büdcəsində müdafiə xərclərinə ayrılan vəsait artırılaraq 1,7 milyard dollara çatdırılıb.

Əliyevdən Ermənistana və havadarlarına <span style=color:red>SƏRT MESAJ - ŞƏRH + FOTO

Millət vəkilinin sözlərinə görə, bu məbləğ balaca Ermənistan üçün böyük məbləğdir: “Ermənistanın müdafiə və təhlükəsizliklə bağlı büdcəsinə fikir versək görərik ki, bu, 1,7 milyard dollardır. Sözügedən məbləğ Ermənistan üçün çoxdur. Bundan başqa, həmin rəqəmlərin içində ermənilərin xaricdən aldığı, bağışlanan silahlar və digərləri yoxdur. Yəni, bunlar o siyahıya, məbləğə daxil deyil. Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya son səfərində biz bir daha gördük ki, qarşılıqlı əməkdaşlıqda söhbət yeni silahların alınmasından gedir. Əvvəllər Ermənistana Fransa ilə yanaşı, Hindistandan da silahlar daxil olurdu. Son dövrlər Ermənistan rəsmiləri guya ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyinə dair fikirlər səsləndirir, bu barədə rəy formalaşdırırlar. Guya belə bir reallıqda Rusiya Ermənistanı müdafiə etməkdə maraqlı olmayacaq və buna görə də Fransadan yeni silahların alınmasına, ölkənin öz müdafiə qabiliyyətini gücləndirməsinə zərurət var. Fransada hökumət başçısının dəyişməsindən sonra Ermənistan baş naziri Nikol Paşinyanın fransalı yeni həmkarını təbrik etməsi də Paris-İrəvan hərbi əməkdaşlığından, yeni silahlar əldə etmək niyyətindən qaynaqlanır. Əzəldən ermənipərəst mövqeyi ilə seçilən, ermənilərə hamilik edən Fransa bu gün də Ermənistana – “kiçik bacısına” öz dəstəyini əsirgəmir. Lakin rəsmi Paris anlamalıdır ki, İrəvana verdiyi dəstək Cənubi Qafqazda əbədi sülhün əldə olunmasına ciddi maneədir. Bu dəstək regionda sönməkdə olan bir közün yenidən alovlanmasına, həllini tapmış problemin yenidən qabarmasına səbəb ola bilər”.

Əliyevdən Ermənistana və havadarlarına <span style=color:red>SƏRT MESAJ - ŞƏRH + FOTO

Komitə sədri deyib ki, Ermənistan ikili oyun oynayaraq Rusiya amilini əsas gətirir və Fransa ilə hərbi əməkdaşlığı daha da genişləndirir: “Sözsüz ki, Moskva öz keçmiş forfostunun bu davranışına seyrçi qalmayacaq, hansısa formada bir cavab verəcək. Əgər Fransa və digərləri bu qədər silah-sursatı gətirib Ermənistan ərazisinə yığırlarsa, bunun məramı, məqsədi ancaq Azərbaycanla düşmənçilik etməkdirsə, bu məsələyə gec-tez bir son qoyulmalıdır. Çünki Ermənistanın davamlı silahlanması çox ciddi fəsadlara gətirib çıxara bilər. İlk növbədə bu, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini uzada bilər. Status-kvonu qoruyub saxlamağa xidmət edən bu addımlar iki ölkə arasında sülhün bərqərar olmasına ən ciddi zərbə vuran amillərdən biridir. Sülh sazişi üzrə razılaşdırılmayan maddələr deyiləndə Azərbaycanla şərti sərhədə gətirilib düzülən silahlar məsələsi də göz önünə gəlməlidir. Bu silahlar İrəvanın qeyd etdiyi kimi, sadəcə müdafiə xarakterli deyil. Bu silahlar birbaşa hücum silahlarıdır. BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər, xüsusən də ABŞ, həmçinin Avropa İttifaqı bunu başa düşməli və müvafiq qabaqlayıcı qərarlar qəbul etməli, Ermənistana ciddi təsir göstərməlidirlər. Açığı, regionda cərəyan edən bu proseslərə Rusiya və İranın susqun münasibəti təəssüf doğurur. Hər nə baş versə belə, Azərbaycan müstəqil xarici siyasətini bundan sonra da davam etdirəcək, müdafiə qabiliyyətini daha da artıracaq, xarici təhlükələrə qarşı mübarizəsini gücləndirəcək. Azərbaycan özünə qarşı hər hansı təhdid yarandığını gördükdə, bunun qarşısını almaq üçün müvafiq addımlar atacaq”.

Ərtürk İSMAYIL

Chosen
2
1
medianews.az

2Sources