EN

Azərbaycan və Türkiyə arasında mövcud hərbi əməkdaşlıq müzakirə olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi türkiyəli nümayəndə heyəti Azərbaycan Ordusunun rəhbər vəzifəli şəxsləri ilə bir sıra işgüzar görüşlər keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, türkiyəli qonaqlarla görüşən Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyev qonaqları salamladıqdan sonra onlara Azərbaycan Ordusunun Quru Qoşunlarının xidməti-döyüş fəaliyyəti, həyata keçirilən islahatlar, Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər və qazanılan uğurlar haqqında danışıb.
Qardaşlıq və dostluq üzərində qurulan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının Ordumuzun Quru Qoşunlarının formalaşması və inkişafında çox vacib yerə malik olduğu ifadə edilib.
Səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində davam edən görüşdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib və qonaqlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.
Azərbaycan və Türkiyə arasında mövcud hərbi əməkdaşlığın Hərbi Hava Qüvvələrimizin inkişafında da çox vacib yerə malik olduğu ifadə edilib və bunun hərbi aviasiyamızın arsenalının gücləndirilməsində əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrində olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsini müvəqqəti icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədovla görüşüblər.
Hərbi Dəniz Qüvvələrinin əsas bazası ilə tanışlıq zamanı Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətinə buranın fəaliyyəti barədə ətraflı məlumat verilib, Azərbaycan və Türkiyə hərbi dənizçilərinin beynəlxalq təlimlərdə qazandığı uğurlardan danışılıb. Görüşdə, həmçinin birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti, eləcə də digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Chosen
9
2
oxu.az

3Sources