"Fitch" kredit reytinqi agentliyi 2025-ci ildə neft qiymətilə bağlı proqnozunu açıqlayıb.
Fitch qeyd edib ki, onlar neftin qiymətinin 2024-cü ildə orta hesabla 80 dollar/bareldən 2025-ci ildə 70 dollar/barelə düşəcəyini gözləyirlər.
"Biz qlobal neft tələbinin 2025-ci ildə 2024-cü ilə paralel olaraq, lakin 2022-2023-cü illərlə müqayisədə daha yavaş artacağını gözləyirik", - Fitch açıqlamasında bildirib.
Hazırda beynÉ™lxalq bazarlarda Brent markalı neftin barelinin qiymÉ™ti 73 dollar sÉ™viyyÉ™sindÉ™dir.Â
Fitch, geosiyasi gərginliyin qlobal neft və təbii qaz sektorunda volatilliyi artıra biləcəyinə də diqqət çəkib.