ABŞ-ın Ticarət Nazirliyi iyul-sentyabr dövrünə aid cari əməliyyatlar balansı göstəricilərini açıqlayıb.
Valyuta.Az xəbər verir ölkənin cari əməliyyatlar balansındakı mənfi saldo bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 13,1 faiz artaraq 310,9 milyard dollara çatıb.
Bu dövrdə rekord səviyyəyə çatan mənfi saldo ilə bağlı bazarın gözləntisi isə 286 milyard dollar idi.
ABŞ-ın mənfi saldosu ilin ikinci rübündə 275 milyard dollar olaraq qeydə alınmışdı.
Ölkənin mənfi saldosunun ümumi daxili məhsula nisbəti üçüncü rübdə 4,2 faiz təşkil edib. Bu göstərici 2022-ci ilin birinci rübündən bəri qeydə alınan ən yüksək səviyyədir.
Qeyd olunan nisbət ilin ikinci rübündə 3,7 faiz təşkil edirdi.
Rəhim