Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Referans.az xəbər verir ki, Milli Hidrometeorologiya xidmətindən verilən məlumata əsasən, hazırda Şahdağ və Qaxda (Sarıbaş) qar yağır.
Ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi əsir.
Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zaqatalada 30 m/s, Şahdağda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxıda 21 m/s, Kəlbəcərdə 18 m/s, Zəngilanda 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s, Naftalanda 14 m/s-yə çatır.