Rusiyanın Murmansk vilayətində iki qatarın toqquşması nəticəsində 8 nəfər xəsarət alıb, bir nəfərin vəziyyəti ağırdır.
Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” mənbəyə istinadən yazıb.
Qeyd olunur ki, Knyajaya stansiyasında yük və sərnişin qatarlarının son vaqonlarının toqquşmasından sonra 4 vaqona ziyan dəyib. Mənbənin məlumatına görə, həmin vaqonlarda 161 nəfər, o cümlədən 32 uşaq olub.
Ümumilikdə isə qatarda 326 sərnişin olub.
Azpost.info