EN

Bahar Muradova: Dövlət qurumlarının məqsədi könüllük fəaliyyətinə dəstək verməkdir

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycanın könüllü gənclərinin COP29-dakı fəaliyyəti ilə yanaşı, onların digər sahələrdə də aktivliyi böyük işlərdə atdıqları doğru addımlardan xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə COP29 nəticələri üzrə Bakıda keçirilən "Yaşıl gələcəyə könül ver" adlı tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O qeyd edib ki, dövlət qurumlarının məqsədi könüllük fəaliyyətinə dəstək verərək bu prosesi davam etdirməkdir.

“Azərbaycanın Ailə, Qadın və Ușaq Problemləri üzrə Dövlət Komitəsi hazırda "Ailəm könüllüləri" proqramını davam etdirir. Lakin gələcək üçün fəaliyyətimizi genişləndirməyi düşünürük. Bu proqramın bir istiqaməti ekologiya, ətraf mühit olmalıdır", - deyə komitə sədri əlavə edib.

Chosen
14
azertag.az

1Sources