EN

ABŞ-ın bu oyunları fəlakətlə nəticələnə bilər - Ryabkov

Vaşinqtonun nüvə silahına malik Rusiya, Çin və Şimali Koreyaya qarşı oyunları fəlakətlə nəticələnə bilər.

Axar.az xəbər verir ki, bunu “Valday” beynəlxalq diskussiya klubunda çıxış edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Qlobal hökmranlığı qorumaq üçün Vaşinqton gələcək strateji riskləri təhrik etməyə, amerikalıların rəqib və düşmən kimi göstərdiyi ölkələrə güc təzyiqini ehtiyatsızlıqla artırmağa hazırdır”, - Ryabkov qeyd edib.

Chosen
29
3
axar.az

4Sources