EN

Azərbaycanda 6 milyon manatlıq şirkət nizamnamə kapitalını azaldır

Bakı. Trend:

“MilliKart” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnaməkapitalının azaldığını elan edib.

Trend bu barədəİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər”qəzetindən məlumat əldə edib.

Bildirilib ki, kreditorlar öz tələblərini bir ay ərzində Bakışəhəri, A.Mustafayev 5A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “MilliKart” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cıildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 6 milyon manat olan şirkətin qanunitəmsilçisi Muxtarov Emin Rüstəm oğludur.

Chosen
15
2
az.trend.az

3Sources