"Texnolife.az" şirkəti 1 il dövlət satınalmalarında iştirtak edə bilməz.
Valyuta.az xəbər verir ki, səbəb şirkətin etibarsız təchizatçı elan edilməsidir. Şirkətin tenderlərində iştirakına qadağa 5 dekabr 2024-cü ildə qoyulub.
"Texnolife.az" MMC dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdəndir.
Şirkət 2023-2024-cü illərdə 14 satınalma müsabiqəsinin qalibi seçilib.
Müsabiqələr əsasən İKT avadanlıqlarının, qeyri-maddi aktivlərin və kondisionerlərin satına alınması ilə bağlı keçirilib.
Hüseyn