EN

Reuters: Avropa Ukraynaya 100 minlik kontingentin göndərilməsini müzakirə edir

Avropa ölkələrinin liderləri atəşkəs olacağı təqdirdə Ukraynaya 100 minlik hərbçi göndərilməsi və sülh sazişinin imzalanması məsələsini müzakirə edirlər.

Reuters bu barədə mənbələrə istinadən yazıb.

"Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniya kimi əsas Avropa ölkələri qüvvələrin əsas hissəsini təşkil edə bilər", - Avropa rəsmisi nəşrə bildirib.

Materialda qeyd olunur ki, missiya üçün lazım olan qoşun sayının təxminləri rotasiya və təlim daxil olmaqla daha böyük rəqəmlə 40 mindən 100 min nəfərə qədərdir.

Chosen
9
aznews.az

1Sources