EN

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Rusiyaya səfər edə bilər

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Rusiyaya səfər etməyə hazırdır.

Bu barədə \"Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələr qeyd edir ki, K.Kelloq yanvarda Kiyevə səfər etməyi planlaşdırır, həmçinin London, Paris və Romaya səfərlər də nəzərdə tutulur. Moskvaya səfər hər hansı konkret siyasi məqsədlə deyil, \"məlumat toplamaq\" üçün həyata keçiriləcək.

D.Tramp noyabrın 27-də K.Kelloqun öz köməkçisi və ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürüb. K.Kelloq Ukraynada münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Onun aprel ayında dərc etdiyi plan Moskvanın sülh sazişini qəbul etməsi şərtilə sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını və Rusiya ilə münasibətlərin normallaşdırılmasını, həmçinin Kiyevə təhlükəsizlik zəmanətləri verilməklə Ukraynanın NATO-ya üzvlüyü məsələsinə baxılmasının təxirə salınmasını nəzərdə tutur.
 
///report
Chosen
18
50
azxeber.com

10Sources