EN

Ölkə futbolunda İLK - AFFA sabah məhkəmə qarşısına çıxacaq!

2017-ci ilin dekabrında oyun nəticələrinin manipulyasiyasında iştiraka görə AFFA-nın İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidovun assosiasiyanı məhkəməyə verməsindən xəbərdarsınız.

Maraq üçün bildirək ki, Seyidov günahsız olduğuna görə qadağanın aradan qaldırılması ilə bağlı son 6 ayda AFFA-ya bir neçə dəfə müraciət edib.

Danışıqlar müsbət həllini tapmadığından, U-21 millimizin sabiq üzvü çıxış yolunu Xətai Rayon Məhkəməsinə üz tutmaqda görüb.

Yeri gəlmişkən, bu, ölkə futbolunda müşahidə olunan ilkdir. İndiyə qədər heç bir futbol adamı qurumdan məhkəməyə şikayət etməyib.

Sabah səhər saatlarında Xətai Rayon Məhkəməsində tərəflərin iştirakı ilə ilkin hazırlıq iclası keçiriləcək.

Maraq üçün bildirək ki, iş 2018-ci ildə AFFA-nın müraciəti əsasından Bakı Şəhər Prokurorluğuna göndərilsə də, dövlət orqanı futbolçu barəsində başladılan cinayət işinə xitam verib.

Seyidovu narazı salan məqam cinayət işində iştirakı sübuta yetirilmədiyi halda, futbol fəaliyyətinə ömürlük qadağa qoyulmasıdır.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
24
sportinfo.az

1Sources