EN

Fransa tarixində ilk: Sabiq prezident həbs edildi – Elektron bilərzik taxacaq

Paris Kassasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin (2007-2012) nüfuz ticarəti və istintaqa təzyiq işi üzrə bir il azadlıqdan məhrum edilməsi ilə bağlı Apellyasiya Məhkəməsinin hökmünü təsdiqləyib.

KONKRET.az

xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Bildirilir ki, 2023-cü ilin may ayında Paris Apellyasiya Məhkəməsi Sarkoziyə qarşı 2021-ci ildə aşağı instansiya məhkəməsinin verdiyi bir il həbs və iki il şərti azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb. Məhkəmə, həmçinin Sarkozini seçkidə namizədliyini irəli sürmək hüququndan məhrum edib.

Məhkəmənin qərarına əsasən, keçmiş dövlət başçısı cəzasını həbsxanada deyil, elektron bilərziklə evdə çəkə bilər.

Sarkozinin vəkili bildirib ki, o, yaxın həftələrdə bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət edəcək.

Agentlik qeyd edir ki, 69 yaşlı siyasətçi respublika tarixində real həbs cəzasına məhkum edilmiş ilk keçmiş prezidentdir. Yaxın vaxtlarda hakim onu elektron bilərzikdən istifadə şərtlərini müəyyən etmək üçün çağırmalıdır.

KONKRET.az

Chosen
27
3
konkret.az

8Sources