Azərbaycanda tez-tez oluram, muğamı xüsusilə sevirəm. Bu gün Azərbaycan musiqisini Belçikada tanıtmağa ehtiyac var və bu konsertin təşkilini yüksək qiymətləndirirəm.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirlərimüsahibəsində Azərbaycan musiqi alətlərinin Brüssel “Kral İncəsənət və Tarix Muzeyi”nə təqdim edilməsi mərasimində "Baroque and More" musiqi təşkilatının məsləhət şurasının prezidenti Jan dö Brabander deyib.“Əminəm ki, biz Bakı Musiqi Akademiyası ilə məhsuldar əməkdaşlıq edəcəyik”,-deyən Jan dö Brabander bildirib ki, artıq Bakı Musiqi Akademiyası ilə ilk əlaqələrini qurublar və birlikdə işləməyə başlayıblar.
“2025-ci ildə ustad dərsləri təşkil edəcəyik. Müəllim, tələbə və musiqiçilərin mübadiləsinə başlayacağıq. Azərbaycanlı musiqişünaslar Belçikaya, belçikalılar isə Bakıya gələcək və ustad dərsləri verəcəklər. Artıq bir çox layihələrimiz var. Vaqif Mustafazadə artıq muğamın caz ilə sintezini yaradıb. Biz istəyirik ki, muğamın Avropa musiqisi ilə sintezini yaradaq. Bunun çox gözəl olacağına əminik”, - deyən J.dö Brabander muğamın Avropa klassik musiqisi ilə sintezinin fövqəl musiqi olacağına əminliyini bildirib.