EN

"ABŞ-ın oyunları nüvə fəlakətinə səbəb ola bilər" - Rusiya XİN

ABŞ-ın nüvə silahına malik Rusiya, Çin və KXDR-ə qarşı başlatdığı oyunlar fəlakətlə nəticələnə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti üstünlüyünü qorumaq üçün təxribatlara əl atmağa hazırdır.

“Söhbət ilk növbədə hərbi nüvə potensialına malik dövlətlərdən - Rusiya, Çin, Şimali Koreyadan getdiyi üçün Vaşinqtonun başlatdığı geosiyasi oyunlar çox ciddi, hətta fəlakətli nəticələrə gətirib çıxara bilər”, - Ryabkov bildirib.

Nazir müavini əlavə edib ki, ABŞ çoxdan digər dövlətlərin təhlükəsizlik prinsiplərini və maraqlarını pozmağa başlayıb.


Müəllif: Arzu
Chosen
9
teleqraf.com

1Sources