Bakı. Trend:
“Networking Azerbaijan” biznes klubu daha bir yeni biznesi özüzvlərinə tanıdıb. Budəfəki "Networking Day" yeni açılmışStereohall-da keçirilib.
Trend xəbər verir ki, şəhərin mərkəzində yerləşən, müxtəlifmusiqili və digər mədəni tədbirlərin keçirilməsi üçün nəzərdətutulan bu məkan rahat atmosferi ilə biznes klub üzvlərinə səmimiünsiyyət şəraiti yaradıb.
Stereohall-un direktoru Fuad Həşimzadə sahibkarlarısalamlayaraq, məkanın xidmətləri və imkanları barədə məlumatverib.
Daha sonra “Networking Azerbaijan”ın təsisçiləri Əliağa Kürçaylıvə Orxan Hacıyev çıxış edib. İlin yekunlarından danışan OrxanHacıyev keçirilən görüş və tədbirlər, yeni qoşulan üzvlərin sayıbarədə qonaqları məlumatlandırıb. Orxan Hacıyev çıxışında gələnilkiplanlara da toxunub. Klub üzvlərinə veriləcək yeni üstünlüklər,qarşılıqlı faydalı olmaq ideyaları ilə sahibkarları tanış edib.“Əhatəniz qədər güclüsünüz!”- deyən biznes klub həmtəsisçisi işadamlarını bir-biri ilə işgüzar münasibətləri gücləndirməyəçağırıb.
Klub üzvləri də öz növbələrində təmsil etdikləri bizneslər, uğurvə planları haqqında məlumat veriblər.
Qeyd edək ki, “Networking Azerbaijan” Biznes Klubu 2017 – ciildən fəaliyyət göstərir. Bu günə kimi 4000 – ə qədər sahibkar vəidarəçilər üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədətəşkil olunmuş tədbirləri ilə tanınıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az