EN

Əhalinin DİQQƏTİNƏ: Bayram öncəsi qiymətlər belə olacaq

Ölkəmizdə bayramqabağı qiymətlərin bahalaşması artıq bir növ ənənəyə çevrilib. İstər Yeni il, istərsə də Novruz bayramından bir neçə həftə öncə bayram günlərində daha çox tələb görən məhsullarda ciddi qiymət artımları özünü göstərir. Bəs bu il Yeni il öncəsi yeni bahalaşma dalğası gözlənilirmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bahalaşma tendensiyası bu bayramda da davam edəcək:

“Azərbaycanda ərzaq məhsullarının qiyməti onsuz da artıb və bu öz rəsmi təsdiqini tapıb. Noyabr ayında infiliyasiya göstəricisi ötən aylara nisbətən olduqca yüksək oldu. Uzun illərdir ölkədə çox pis bir ənənə var. Yeni il və Novruz bayramı öncəsi qiymətlərin daha çox və kəskin artdığını görürük. Çünki bayramlardan əvvəl tələbat yüksəlir. Yerli istehsal artmadığı üçün tələbatı ödəmək də mümkün olmur. Biz daha çox idxala müraciət edirik və idxal edilən məhsulların da maya dəyərində, lojistik xərclərində artım olduğuna görə, qiymətlərə təsir edir”.

Ekspert qeyd edib ki, qiymət artımı təkcə idxal məhsullarında deyil, yerli məhsullarda da özünü göstərməkdədir:

“Yerli məhsullarda da bahalaşma nəzərə çarpır. Məsələn, ət daha çox yerli məhsuldur, amma ət istehsalçıları da bayramqabağı qiymətləri xeyli artırırlar. Yəni hər şeyin qiyməti artdığı üçün ət satanlar da ətin qiymətini qaldırırlar. Ona görə də təəssüf ki, Novruz bayramına qədər bu tendensiya davam edəcək və qiymətlərin artmasını hər ay müşahidə edəcəyik”.

KONKRET.az

Chosen
18
9
konkret.az

10Sources