"Şəki" Azərbaycan Basketbol Liqasının VII turunda "Ordu"nu məğlub edib.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi B qrupunun oyununda 80:74 hesablı qələbə qazanıb.
Bu qələbə sayəsində xallarının sayını 12-yə çatdıran "Şəki" ikinci pilləyə yüksəlib. 11 xalı olan "Ordu" isə 3-cü yerdədir.
Günün ilk matçında "Gəncə" səfərdə "Quba"nı məyus edib - 95:78. A qrupunda "Abşeron" - "Sərhədçi" görüşü saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında "Neftçi" "Sabah"ı 71:66, "Sumqayıt" "Lənkəran"ı 108:99, "Naxçıvan" isə NTD-ni 95:77 hesabı ilə üstələyib.