Bakı. Trend:
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəRespublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin TədqiqatıBürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat21:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3 olub.Zəlzələ ocağı 51 kilometr dərinlikdə yerləşib.