EN

Rusiya hökuməti “Şimal-Cənub” dəhlizi ilə daşımalara dair Azərbaycan ilə sazişi təsdiqləyib

Bakı. Trend:

Rusiya Federasiyası Hökuməti Rusiya və Azərbaycan arasında“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi (BND) üzrə tranzityükdaşımalarının birgə inkişafı haqqında saziş layihəsinitəsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Baş naziri MixailMişustinin imzaladığı sərəncamda əks olunub.

Sənəddə qeyd olunub ki, sazişin məqsədi “nəqliyyat əlaqələrininsəmərəliliyini artırmaq və "Şimal-Cənub" BND-nin qərb marşrutununpotensialını artırmaqdır”.

Rusiya və Azərbaycan sənədin tələbləri və iki ölkəninqanunvericiliyi nəzərə alınmaqla, tranzit daşımalar zamanı mallarınöz əraziləri üzrə sərbəst hərəkətini təmin edəcəklər. Gömrüknəzarəti qaydaları həm qanunvericiliklə müəyyən edilmişrazılaşmalara, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalqmüqavilələrə əsaslanacaq.

Sənəddə dəmir yolu infrastrukturu yeniləndikdən sonra hər ilRusiya Federasiyasından Azərbaycana daşınmalı olan yüklərinzəmanətli həcmi də müəyyən edilib. 2028-ci il yanvarın 1-dənyüklərin həcmi ən azı 5 milyon ton təkil edəcək, müvafiq qərarqəbul edildikdən sonra isə hər il 15 milyon tona yüksələcək.

Chosen
26
8
az.trend.az

10Sources