Xəzər dənizində zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Məlumata görə, yerli vaxtla saat 21:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı 51 kilometr dərinlikdə yerləşib.