EN

Blinken özünün gələcək varisi ilə görüşdü

ABŞ dövlət katibi Entoni Blinken özünün gələcək varisi, Donald Tramp tərəfindən namizədliyi irəli sürülən senator Marko Rubio ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə bildirib.

"Katib Blinkenin bu səhər senator Rubio ilə görüşmək imkanı olub. Bu, yaxşı, konstruktiv və hərtərəfli söhbət oldu", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.

O, söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib.


Müəllif: Teleqraf.com
Chosen
2
5
teleqraf.com

6Sources