Bu gün futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, dekabrın 18-də iki qarşılaşma baş tutub.
“Atalanta” doğma meydanda “Çezena” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağınla mərhələ adlayıblar.
“Roma” da “Sampdoriya”nı sınağa çəkib. Paytaxt klubu da darmadağınla qalib gələrək 1/4 finala yüksəlib.
İtaliya Kubokunda 1/8 final mərhələsinə sabah keçiriləcək “İnter” – “Udineze” oyunu ilə yekun vurulacaq.
İtaliya Kuboku
1/8 final
3 dekabr
Bolonya – Montsa 4:0
Qollar: Pobeqa, 32. Orsolini, 35. B.Dominqes, 63. Kastro, 76.
Milan – Sassuolo 6:1
Qollar: Çukvueze, 12; 21. Reynders, 17. Leao, 23. Kalabriya, 56. Abraham, 62 – Mulattyeri, 59.
4 dekabr
Fiorentina – Empoli 2:2 (penaltilər 3:4)
Qollar: Kin, 59. Sottil, 70 – Ekonq, 4. Espozito, 75.
5 dekabr
Latsio – Napoli 3:1
Qollar: Noslin, 32; 41; 50 – Simeone, 36.
17 dekabr
Yuventus – Kalyari 4:0
Qollar: Vlahoviç, 44. Kopmeyners, 53. Konseysao, 80. N.Qonsales, 89.
18 dekabr
Atalanta – Çezena 6:1
Qollar: Zappakosta, 4. De Ketelare, 8; 35. Samardziç, 27; 71. Breşianini, 54 – Sisey, 90.
Roma – Sampdoriya 4:1
Qollar: Dovbik, 9; 19. Baldanzi, 24. Şomurodov, 79 – Yepes, 61.
19 dekabr
00:00. İnter – Udineze