EN

Suraxanıda ağır qəza: ata və 13 yaşlı qızı xəsarət aldı

Bakının Suraxanı rayonunda 35 yaşlı kişi və övladı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıblar.

Bakupost.az "Report"a istinadla xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əhmədov Davud Əhməd oğlu və yeniyetmə qızı 2011-ci il təvəllüdlü Ə.Z. ağır xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı hər iki yaralıya kəllə-beyin travması və müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Chosen
17
11
bakupost.az

10Sources