EN

“Arsenal”la “Liverpul” yarımfinalda

İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, “Arsenal” “Kristal Pelas”ı, “Nyuaksl” “Brentford”u, “Sauthempton” isə “Liverpul”u qəbul edib.

“Arsenal” və “Kristal Pelas” komandaları arasındakı qarşılaşma “topçular”ın minimal üstünlüyü ilə başa çatıb - 3:2.

“Nyukasl” – “Brentford” oyununa isə ev sahiblərinin inamlı qələbəsi ilə yekun vurulub – 3:1. 

Premyer Liqanın lideri “Liverpul” isə autsayder “Sauthempton”u 1:2 hesabı ilə məğlub edib.

Mərhələnin son oyunu isə dekabrın 20 Londonda baş tutacaq. “Tottenhem” “Mançester Yunayted”i qəbul edəcək.

Chosen
41
2
qafqazinfo.az

3Sources