İranın müxtəlif əyalətlərində elektrik enerjisi və qaz təchizatında problemlərə görə bir çox məktəblər bağlanıb.TehsilForumu.Az Tehsil.biz-ə istinadən xəbər verir ki, enerji problemlərinin aradan qaldırılması üçün bəzi şəhərlərdə məktəblər tamamilə bağlanıb, bəzi bölgələrdə isə təhsilin onlayn formada davam edəcəyi açıqlanıb. Qeyd edək ki, İran hökumətinin rəsmiləri, xüsusən də prezident Məsud Pezeşkian vətəndaşları kombilərini 2 dərəcə aşağı rejimdə işlətməyə çağırmaqla qaz istehlakını azaltmaq və yüksək istehlak nəticəsində yaranan qaz təzyiqi problemini həll etməyi hədəfləyib.