EN

Azərbaycanın neft və qaz gəlirlərində böyük azalma

2024-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 21 milyard 247 milyon 243 min ABŞ dolları təşkil edib. 

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2023-cü ilin 11 ayı ərzində Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 28 milyard 479 milyon 306 min dollar olmuşdu.

Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyard 232 milyon 63 min dollar və ya 25,4% azalıb. 

QAZ İXRACINDN GƏLİR 40 FAİZDƏN ÇOX AZALIB

O cümlədən, Azərbaycandan xam neft ixracı 1 milyard 795 milyon 547 min dollar və ya 11,9% azalaraq 13 milyard 304 milyon 395 min dollar, təbii qaz ixracı 5 milyard 171 milyon 480 min dollar və ya 40,5% azalaraq 7 milyard 604 milyon 209 min dollar təşkil edib. 

Qeyd edək ki, neft və təbii qaz ixracından gəlirlərin azalması 2024-cü ildə dünya bazarlarında qiymətlərin 2023-cü illə müqayisədə aşağı olması ilə əlaqədardır.

 

Chosen
40
marja.az

1Sources