EN

Artıq günün bütün vaxtları "pik saat"dır - Niyə taksi tapa bilmirik?

Bakı. Trend:

Son günlər sərnişinlər taksi xidmətlərindən istifadədə çətinlikyaşayır. Günün istənilən saatında taksi xidmətindən istifadəmümkünsüz hala gəlib. Bəzi sürücülər bunu taksi sürüclərininimtahanı ilə əlaqələndirir. Bildirirlər ki, sürücülürin çox hissəsiimtahandan kəsildiyi üçün taksilərin sayı azalıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahanMərkəzindən bildirilib ki, indiyə qədər imtahanlarda 5256iştirak sayı (kəsilənlər yenə imtahan verir deyə iştirakçı yox,iştirak sayı) qeydə alınıb.

Bildirilib ki, onlardan cəmi 528 nəfər uğursuz nəticə əldəedib.

Trend-insorğusuna cavab olaraq “Bolt” taksi şirkətindənbildirilib ki, mövcud qanunvericiliyə əsasən, sərnişindaşımaxidmətlərində istismar müddəti 15 ildən çox olan avtomobillərinistifadəsi qadağandır.

"Bu səbəbdən köhnə avtomobillər mərhələli şəkildə sistemdənçıxarılır. Bunun nəticəsində, tələbat yüksək olaraq qalmaqda davametsə də, təklifin azalması gününı pik saatlarında gözləməmüddətlərinin artmasına səbəb ola bilər", – deyə əlavə edilib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovtaksi xidmətləri ilə bağlı yaranan problemi Trend-ə şərh edərkənbildirib ki, taksilərlə bağlı məsələ yenə gündəmə qayıdıb.

"Burada əsas məsələ ondan ibarətdir ki, taksilərin fəaliyyətindəhər hansı bir yenilik və güzəşətlər olacaq mı?

Hazırda taksi fəaliyyətinin tənzimlənməsi keçid dövrü yaşayır.Qanunvericinin mükəmməlləşdirilməsi, o cümlədən, qanunvericiliyintələblərindən yaranan çətinliklərin həlli, sərnişinlər arasındadiskriminasiyaların aradan qaldırılması kimi məsələlər qısamüddətdə baş verəcək proseslər deyil.

Bunlar vaxt aparan proseslərdir. Ona görə də bu və digər formadaproseslərə müəyyən dərəcədə yeniliklər qataraq, müəyyən işləringörülməsi gələcək işlər sırasına daxildir", – deyə ovurğulayıb.

Məqalədə:
Chosen
13
12
az.trend.az

10Sources