EN

Sevgilisinin arvadını məhkəməyə verən qadın gündəm oldu

Çində qeyri-adi məhkəmə işi dünya mediasında müzakirə mövzusuna çevrilib. Belə ki, qadın öz sevgilisinin arvadına qarşı iddia qaldırıb.

Medianews.az-ın oxu.az-a istinadla verdiyi məlumata görə, hadisə ölkənin cənub-şərqində yerləşən Futszyan əyalətində baş verib.

Bildirilir ki, 2013-cü ildən Yan adlı qadınla evli olan Han soyadlı kişi həmkarı ilə sevgi münasibəti qurub. 2022-ci ilin noyabrında sevgililərin oğlu dünyaya gəlib və bu, məşuqəni qəti addımlar atmağa sövq edib.

Uşaq dünyaya gəldikdən bir müddət sonra o, Hanın arvadına sövdələşmə təklif edib, qadının əri ilə boşanmağa razılıq vermə müqabilində iki milyon yuan (466.6 min manat) ödəməyə hazır olduğunu bildirib. Prosesi sürətləndirmək üçün isə o, Yana dərhal 1.2 milyon yuan (təxminən 280 min manat) köçürüb. Lakin pulu aldıqdan bir il sonra həyat yoldaşı hələ də boşanmağa razılıq verməyib.

Məyus olan məşuqə pulun qaytarılmasını tələb edib və Yanın şifahi razılaşmanı pozduğunu iddia edərək məhkəməyə müraciət edib. O, müqavilənin pozulmasına görə faizlərlə birlikdə məbləğin qaytarılmasında təkid edib.

Lakin məhkəmə ödənişin ictimai əxlaqa və ictimai qaydaya zidd olduğunu müəyyən edərək, qanuni nikahın pozulmasına yönəldiyinə görə iddia ərizəsini rədd edib.

Bu hadisə Çin cəmiyyətində geniş müzakirələrə səbəb olub. Bir çoxları sevgilini ailəni dağıtmağa cəhd etdiyinə görə qınayıb, digərləri isə Yanın pulu qəbul edib vədini yerinə yetirmədiyinə görə düzgün davranmadığını düşünüblər.

Chosen
30
33
medianews.az

10Sources