EN

Belçika F-16-ların Ukraynaya çatdırılmasını təxirə salıb

Belçika Ukraynaya göndəriləcək olan F-16 təyyarələrinin çatdırılmasını təxirə salıb.

APA xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ludivin Dedonder məlumat verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, o, bunu Polşaya səfəri zamanı deyib.

“Belçika bu il Ukraynanı ilk iki F-16 təyyarəsi ilə təmin edə bilməyəcək. Çünki təlim keçmiş pilotlar və ehtiyat hissələri yoxdur”.

Qeyd edək ki, ilin əvvəlində Belçika Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb və bu müqavilədə xüsusən də 2028-ci ilə qədər Belçika ordusunun inventarından çıxarılan 30 köhnə F-16-nı Ukraynaya verməyi vəd edib. Bu təyyarələrdən ilk ikisinin bu ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulurdu.

Chosen
12
3
apa.az

4Sources