Azərbaycan şahmatçıları İspaniyanın Sitges şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edirlər.
İdman.biz xəbər verir ki, Səbinə İbrahimova 6-cı turda Stefan Leqrana (Fransa) qalib gəlib.
O, 3,5 xal toplayıb və Xristos Aleksiadisə (Yunanıstan) uduzan Ayan Allahverdiyevaya çatıb. İbrahimova 102-ci, Allahverdiyeva isə 69-cu pillədə qərarlaşıb.
Lalə Hüseynova Lea Risanı (Sinqapur) məğlub edib və 2 xalı var.
Yarışın lideri 7,5 xala malik İdo Qorşteyndir (İsrail).
İdman.biz