EN

Hacıqabulda qanunsuz ov edən beş nəfər saxlanılıb

Hacıqabulda qanunsuz ov edən beş nəfər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Tağlı kəndi ərasizində F.Qasımov, E.Abışlı, E.Şərifov, T.Şeydayev və S.Əliyev saxlanılıblar.

Həmin şəxslərdən ov tüfəngləri və patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları və 2 ədəd çöl dövşanı aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
9
13
apa.az

10Sources