Qeyd edək ki, bundan əvvəl Serxio Ramosun adı “Real Madrid”lə hallanmışdı. Militaonun zədələnməsindən sonra müdafiə xəttindəki boşluğu doldurmaq istəyən "Real" futbolçu transfer etmək istəyir. Lakin Karlo Ançelottinin Serxio Ramosun transferinə veto qoyması səbəbindən danışıqlar nəticəsiz qalıb. “Sevilya”dan ayrılandan sonra azad agent olan müdafiəçinin “Fənərbaxça”ya transfer olmağa razılıq verə biləcəyi irəli sürülür.