Suriyada hakimiyyəti ələ keçirən üsyançı Heyət Təhrir əl-Şam (HTŞ) təşkilatının lideri Məhəmməd Colani kimi tanınan Əhməd əl-Şara BBC-yə müsahibə verib.
Xəbər verilir ki, o, qızların təhsilindən, ölkədə spirtli içki istehsalından danışıb.
Əl-Şara "Suriya Əfqanıstana çevriləcəkmi?" sualına cavabında bildirib ki, iki ölkə çox fərqlidir və fərqli ənənələrə malikdir. Əfqanıstanı “tayfa cəmiyyəti” olaraq xarakterizə edən əl-Şara Suriyada çox fərqli bir perspektivin hökm sürdüyünü qeyd edib.
HTŞ lideri qadınların təhsildə iştirakının tərəfdarı olduqlarını ifadə edib: "8 ildən çoxdur İdlibdə universitetlərimiz var. Universitetlərdə qız tələbə nisbəti 60 faizin üzərindədir".
Əl-Şara ölkədə spirtli içkilərin istehlakına icazə verilib-verilməyəcəyi ilə bağlı suala belə cavab verib: "Bir çox şeylər var ki, bunları danışmağa icazəm yoxdur, çünki bunlar hüquqi məsələlərdir. Konstitusiyanı hüquqşünaslar komitəsi hazırlayacaq. Onlar qərar verəcəklər. Hər bir lider və ya dövlət başçısı bu qanunlara əməl etməli olacaq