EN

Tanınmış reytinq agentliyi neftin qiymətilə bağlı proqnozunu açıqlayıb

Fitch neftin qiymətinin 2024-cü ildəki orta hesabla 80 dollar/bareldən 2025-ci ildə 70 dollar/barelə enəcəyini gözləyir.

FED.az xəbər verir ki, "Fitch" kredit reytinqi agentliyi 2025-ci ildə neft qiymətilə bağlı proqnozunu açıqlayıb.

Fitch qeyd edib ki, onlar neftin qiymətinin 2024-cü ildə orta hesabla 80 dollar/bareldən 2025-ci ildə 70 dollar/barelə düşəcəyini gözləyirlər.

"Biz qlobal neft tələbinin 2025-ci ildə 2024-cü ilə paralel olaraq, lakin 2022-2023-cü illərlə müqayisədə daha yavaş artacağını gözləyirik", - Fitch açıqlamasında bildirib.

Hazırda beynəlxalq bazarlarda Brent markalı neftin barelinin qiyməti 73 dollar səviyyəsindədir. 

Fitch, geosiyasi gərginliyin qlobal neft və təbii qaz sektorunda volatilliyi artıra biləcəyinə də diqqət çəkib (Marja).

Chosen
12
2
fed.az

3Sources