EN

Ukraynanın Rusiyaya raket və PUA hücumu - Böyük neftayırma zavodu yandı (VİDEO)

Ötən gecə Ukrayna Rusiya ərazisinə növbəti PUA və raket hücumu həyata keçirib.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Rostov vilayətində Ukrayna PUA-ları Novoşaxtinsk neft emalı zavoduna zərbə endirib. Nəticədə böyük yanğın baş verib.

Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar deyib ki, Novoşaxtinsk neft məhsulları zavoduna PUA hücumu nəticəsində yaranan yanğın 4 saatdan sonra söndürülüb.

Novoşaxtinsk Neft Məhsulları Zavodu Rostov vilayətində yeganə neft emalı zavodudur və Rusiyanın cənubunda ən böyük neft məhsulları tədarükçüsüdür. Onun ümumi gücü 5,6 milyon tondur. Slyusar qeyd edib ki, Ukrayna ötən gecə üçdən çox PUA və üç raketlə bölgədəki bir neçə hədəfə hücum edib. Bir nəfər PUA qalıqlarının düşməsi nəticəsində yaralanıb.

“AzPolitika.info”

Chosen
14
2
azpolitika.info

3Sources