Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xatırladaq ki, “Real Madrid” 2024-cü il Qitələrarası Kubokun finalında meksikalı “Paçuka”nı məğlub edib (3:0). İtaliyalı mütəxəssis "Real"da 15-ci mükafata sahib çıxıb.
“Real Madrid ilə 15 kubok inanılmaz nəticədir! Mən bu uğuru qazandığımız üçün ürəkdən sevinirəm və fəxr edirəm. Qarşılaşma asan olmadı: gözlənilməz rəqib, həftə ortası oyun... Bu triumf həm fantastikdir, həm də sınaq və çətinliklər ilə dolu ilin kulminasiya nöqtəsidir. 2024-cü ili bu şəkildə bitirməyin daha yaxşı yolu yoxdur! Ancaq Real Madrid klubuna yaraşdığı kimi, biz artıq 2025-ci ili necə daha parlaq etmək barədə düşünürük”, - İspaniyanın AS nəşri Ançelottinin sözlərini sitat gətirir.