EN

Fərid Vəliyev PA-da yüksək vəzifəyə TƏYİN OLUNDU

Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna yeni təyinat olub.

Bizim.Media "operativ media"ya istinadən xəbər verir ki, Fərid Əzizağa oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna müdir təyin edilib.

Qeyd edək ki, F.Vəliyev 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" ixtisası üzrə bakalavr, "İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı" ixtisası üzrə magistr pillələrini bitirib. Koreya Universitetində "Elektron hökumət", İstanbul Texniki Universitetində "Rəqəmsal transformasiya sahəsində idarəetmə" istiqamətləri üzrə sertifikat proqramlarını keçib.

Azərbaycan Mərkəzi Bankında, ASAN Xidmətdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır.


Bizim.Media

Chosen
2
49
bizim.media

10Sources