Sabunçu Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmada təqsirləndirilən İmran Bəşirlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, İmran Bəşirli 2007-ci il təvəllüdlü olmaqla on altı yaşına çatmadığı ona məlum olan zərərçəkmiş V.V. (şərti) ilə öz aralarında razılığa gəlib qeyri-rəsmi ər-arvad münasibətlərinə daxil olub birlikdə yaşayıb.
İstintaq dövründə İmran Bəşirlinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Kamal Məmmədov
Tarix: 19 Dekabr 2024, 09:59