EN

Romada “Borghese” Qalereyası ilə tanışlıq olub - FOTOLAR

İtaliyanın paytaxtı Romada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı çərçivəsində mədəniyyət naziri Adil Kərimli və bir qrup mədəniyyət və incəsənət xadimi məşhur “Borghese” Qalereyası ilə tanış olublar. SİA xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə sənət qalereyasının tarixi və buradakı incəsənət nümunələri barədə məlumat verilib. Bildirilib ki, “Villa Borghese” parkında yerləşən qalereya XVII əsrin əvvəllərində memar Flaminio Ponzio tərəfindən tikilib. Burada rəsm, heykəltaraşlıq və qədim əşyalar kolleksiyaları var.

Məlumat verilib ki, qalereyada məşhur sənətkarlardan Covanni Lorenzo Bernini, Mikelancelo Merisi da Karavaggio, Rafael, Titsian, Piter Paul Rubens, Aqnolo Bronzino və digərlərinin əsərləri sərgilənir. Sənət qalereyası 2014-cü ildən İtaliyanın dövlət muzeyidir.

Chosen
10
11
sia.az

10Sources