Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib ki, Ermənistanın silahlandırılması ilə bağlı məsələ Azərbaycan tərəfindən dəfələrlə etirazla qarşılanıb:
"Bununla bağlı istər beynəlxalq təşkilatlar, istərsə də Ermənistanı silahlandıran dövlətlərə xəbərdarlıq edilib. Buna baxmayaraq İrəvan yenə də silahlanmaqda davam edir. Silah təchizatçıları Fransa və Hindistan kimi ölkələrdir. ABŞ-də bu proseslərdə fəal şəkildə iştirak edir. Təəssüflər olsun ki, bu ölkələr və onları dəstəkləyən beynəlxalq təşkilatlar, Aİ və Avropanın digər təsisat qrupları Cənubi Qafqazda sülh və sabitliyin pozulması və münaqişənin yenidən canlanmasına xidmət göstərirlər. Bu, çox təəssüfləndirici faktdır. Azərbaycan bütün bunlara sakit qala bilməz. Lazım gəldikdə, bu məsələ ilə bağlı öz cavabını verəcək. Dövlət başçısı İlham Əliyevin "Rossiya Seqodnya" agentliyinə verdiyi müsahibədə də qeyd etdiyi kimi, Fransanın Ermənistana hücum xarakterli öldürücü silahlar tədarük etməsi Azərbaycan üçün ciddi təhdiddir. Nəzərə alaq ki, Azərbaycan işğaldan azad edilmiş bölgələrdə məskunlaşma siyasəti aparır. Belə halda Azərbaycana dəstək olmaz əvəzinə, Ermənistanı silahlandırmaq Ermənistanı yenidən müharibəyə təhrik etmək siyasətidir. Bundan sonra Cənubi Qafqazda baş verəcək hansısa münaqişədə Ermənistanla bərabər onu silahlandıran ölkələr də məsuliyyət daşıyır. Bu ölkələr də buna görə cavab verməli olacaqlar. Ermənistan uzun müddət silahlandırılıb, ancaq 44 gün davam edən müharibədə həmin silahlar Ermənistan üçün heç bir işə yaramadı. Bu gün həmin silahlar Qənimətlər Parkında sərgilənir. Yaxşı olar ki, həmin dövlətlər silahlarını boşuna Ermənistana verməsinlər".
Qiymət Mahir