EN

Bakıda “Neolit” restoranı yanır

Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən Neolit” restoranında yanğın başlayıb.

Herbiand.az xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.

Chosen
31
15
herbiand.az

10Sources