EN

General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.   Manset.az-ın əldə etdiyi məlumata görə, Penitensiar xidmətin rəisi general Mirsaleh Seyidovun müvafiq əmri ilə, 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi polkovnik Əli Mahmudov  tutduğu vəzifəsindən azad olunub.  Digər əmrlə o, Qobustan istintaq təcridxanasının rəisi təyin edilib.  Qeyd edək ki, Əli Mahmudov uzun illərdir bu sistemdə çalışır.
Manşet.az  

 

Chosen
4
20
manset.az

10Sources