EN

“Networking Azerbaijan” 2024-cü ilin son netvörkinqini keçirib

Fins.az -  “Networking Azerbaijan” biznes klubu daha bir yeni biznesi öz üzvlərinə tanıdıb. Budəfəki "Networking Day" yeni açılmış Stereohall-da keçirilib. Şəhərin mərkəzində yerləşən, müxtəlif musiqili və digər mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan bu məkan rahat atmosferi ilə biznes klub üzvlərinə  səmimi ünsiyyət şəraiti yaradıb.

Stereohall-un direktoru Fuad Həşimzadə sahibkarları salamlayaraq, məkanın xidmətləri və imkanları barədə məlumat verib.

Daha sonra “Networking Azerbaijan”ın təsisçiləri Əliağa Kürçaylı və Orxan Hacıyev çıxış edib. İlin yekunlarından danışan Orxan Hacıyev keçirilən görüş və tədbirlər, yeni qoşulan üzvlərin sayı barədə qonaqları məlumatlandırıb. Orxan Hacıyev çıxışında gələnilki planlara da toxunub. Klub üzvlərinə veriləcək yeni üstünlüklər, qarşılıqlı faydalı olmaq ideyaları ilə sahibkarları tanış edib. “Əhatəniz qədər güclüsünüz!”- deyən biznes klub həmtəsisçisi iş adamlarını bir-biri ilə işgüzar münasibətləri gücləndirməyə çağırıb.

Klub üzvləri də öz növbələrində təmsil etdikləri bizneslər, uğur və planları haqqında məlumat veriblər.

Qeyd edək ki, “Networking Azerbaijan” Biznes Klubu 2017 – ci  ildən fəaliyyət göstərir. Bu günə kimi 4000 – ə qədər sahibkar və idarəçilər üçün ünsiyyət və müzakirəni təmin  edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınıb.

Chosen
8
2
fins.az

3Sources