EN

Dövlət Komissiyası: İİV-ə yeni yoluxma sayında azalma müşahidə olunur

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 328, QİÇS-lə Mübarizə Mərkəzində 378, Sumqayıt Narkoloji Mərkəzində 143 nəfər) 849 xəstə müalicə alır.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin noyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 70 nəfəri (6,6%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.

Chosen
5
10
apa.az

10Sources